"Qarabağ"-"Qalatasaray" oyununa görə metro belə işləyəcək
25 mart 2023 12:10 (UTC +04:00)

"Qarabağ"-"Qalatasaray" oyununa görə metro belə işləyəcək

"Qarabağ"-"Qalatasaray" oyunu ilə əlaqədar “Koroğlu” stansiyasında gücləndirilmiş rejim tətbiq ediləcək.

"Bakı Metropoliteni" QSC-dən Lent.az-a verilən xəbərə görə, Türkiyədə baş vermis zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə “Qarabağ” və “Qalatasaray” futbol klubları arasında martın ayının 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyuna marağı nəzərə alaraq, Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.

Bakı Olimpiya Stadionunda təşkil olunan kütləvi tədbirlərlə əlaqədar metropolitenin əməliyyat planına uyğun olaraq, matçın başlanması ərəfəsində arenanın yaxınlığında yerləşən “Koroğlu” stansiyası gücləndirilmiş iş rejiminə keçiriləcək. Axşam saatlarına doğru növbətçilik cədvəli əsasında stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq. Əsas məqsəd sərnişinlərin stansiya daxilində arenaya doğru səmti daha rahat müəyyən etməsi, oyundan sonra isə marşrutlar üzrə qatarlara daha rahat minib hərəkətini təmin etməkdir.

Gün ərzində qatarların hərəkəti “28 May-Həzi Aslanov” istiqamətində 2,5 dəqiqə intervalla təmin olunacaq. Xətlərin “28 May” stansiyasında birləşməsi səbəbilə buradan “İçərişəhər” və “Dərnəgül” istiqamətində interval 2 dəfə çox olacaq. Bununla belə, sərnişin sıxlığı yaranacağı təqdirdə müvafiq tənzimləmə məqsədilə, xəttə buraxılmaq üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.

Oyun qurtardıqdan sonra sərnişinlərin operativ daşınması məqsədilə əlavə tədbirlər planı həyata keçiriləcək. Bu xüsusda ehtiyat qatarlar əlavə olunmaqla hər iki istiqamətdə hərəkət intervalı yenidən optimallaşdırılacaq.

# 1371
avatar

Oxşar yazılar

Sabah hava belə olacaq

Sabah hava belə olacaq

28 may 2023 , 13:58
AMEA-da institutun strukturu dəyişdi Direktor işdən çıxdı

AMEA-da institutun strukturu dəyişdi Direktor işdən çıxdı

28 may 2023 , 13:19
Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq

Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq

28 may 2023 , 09:45
Yağışlı havalar nə vaxtadək davam edəcək?

Yağışlı havalar nə vaxtadək davam edəcək?

27 may 2023 , 17:39
Bəzi rayonlara leysan yağışları yağıb -  FAKTİKİ HAVA

Bəzi rayonlara leysan yağışları yağıb - FAKTİKİ HAVA

27 may 2023 , 17:31
“Xalq Bankın” “Xalq Əmanəti” layihəsi davam edir - VİDEO

“Xalq Bankın” “Xalq Əmanəti” layihəsi davam edir - VİDEO

27 may 2023 , 14:26
Ən qidalı qatıqlar  bunlardır - ARAŞDIRMA

Ən qidalı qatıqlar bunlardır - ARAŞDIRMA

27 may 2023 , 13:49
Sabah 35 dərəcə  isti olacaq

Sabah 35 dərəcə isti olacaq

27 may 2023 , 12:37