Qara görə ən çox harda dərsə getmədilər? - RƏSMİ AÇIQLAMA
09 yanvar 2023 15:56 (UTC +04:00)

Qara görə ən çox harda dərsə getmədilər? - RƏSMİ AÇIQLAMA

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq ölkə üzrə ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti nisbətən azalıb.  

Elm və Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu, dağlıq və dağətəyi rayonlarında dərsə davamiyyətə daha çox təsir edib. 

Şaxtalı hava şəraiti ilə bağlı bəzi ümumi təhsil müəssisələrində istilik təminatı ilə bağlı problemlər qeydə alınıb. Həmin məktəblərdə istiliyin bərpası istiqamətində işlər aparılır. 

Qeyd edək ki, qeyri-sabit hava şəraiti ilə bağlı məktəblərin bağlanmasına dair hər hansı bir rəsmi qərar verilməyib.

# 2172
avatar

Arzu Qurbanlı

Oxşar yazılar