Bir çox insan gecə yatarkən yataq otağının qapısını açıq qoymağa üstünlük verir. Lakin bu, ciddi təhlükə yarada bilər. Amerikalı tədqiqatçılar yuxu zamanı qapını bağlamağı şiddətlə tövsiyə edirlər, çünki bu, fövqəladə hallarda, xüsusilə yanğın zamanı riski əhəmiyyətli dərəcədə azaldır.
Niyə insanlar qapını açıq saxlayır?
Lent.az bununla bağlı faktları təqdim edir:
Daha yaxşı havalandırma üçün. Uşaqları və ev heyvanlarını eşitmək üçün. Özlərini daha rahat hiss etmək üçün. Lakin Yanğın Təhlükəsizliyi Araşdırma İnstitutu (FSRI) xəbərdarlıq edir ki, bu vərdiş həyati təhlükəli ola bilər.
Yanğın zamanı qapını bağlamaq niyə vacibdir?
1. Alov və zəhərli tüstünün yayılmasını ləngidir. Qapalı qapı yanğının və tüstünün otağa daxil olmasını yavaşladır. Bu, otaqda daha çox oksigen saxlanmasına kömək edir və temperaturun sürətlə yüksəlməsinin qarşısını alır. Beləliklə, insana evakuasiya üçün daha çox vaxt qazandırır.
2. Qapı açıq qalanda yanğının yayılması sürətlənir. Son illərdə insanlar yanğın zamanı xilas olmaq üçün cəmi 3 dəqiqə vaxt əldə edir. 10 il əvvəl bu göstərici daha yüksək idi.
Səbəb? İnşaat və mebel materiallarında plastik və sintetik maddələrin artması. Bu materiallar asanlıqla alışır və alovun sürətlə yayılmasına səbəb olur.
3. Zəhərli qazlardan qoruyur. Açıq qapı ilə yatmaq, otağa karbonmonoksid (CO) sızmasını artırır. Karbonmonoksid rəngsiz, qoxusuz və ölümcül bir qazdır. İnsan, təhlükəni hiss etmədən huşunu itirə bilər.
Alimlərin tövsiyələri
Hər gecə yatmazdan əvvəl qapını bağlamağı vərdiş halına gətirin.
Evdə tüstü detektorları (yanğın siqnalizatorları) quraşdırın.
Fövqəladə hallar üçün evakuasiya planı hazırlayın və ailənizlə bölüşün.
Nəticə: Gecə yatarkən qapını bağlamaq sadə, lakin həyati əhəmiyyət daşıyan bir təhlükəsizlik tədbiridir. Yanğın baş verdikdə bu vərdiş həyatınızı xilas edə bilər.