Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev
08 dekabr 2020 15:06 (UTC +04:00)

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev

Prezidentin köməkçisi: “919 əsgər və zabitimizin tibbi müəssisələrdə müalicəsi davam etdirilir”

“Yoluxma o həddə çata bilər ki, tibbi ehtiyacı olan insanlar kənarda qalar”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, bu gün ölkədə aktiv koronavirus xəstələrinin sayı 56 min nəfərdən çoxdur: “Hətta yüngül simptomu olanlar da var. 48 min nəfər evdə, 8 min nəfərdən çox insan isə xəstəxanalarda müalicə alır. Gündəlik yoluxma 4,5 min nəfərdir. Koronavirusun dünyada, qonşu ölkələrdə artma tendensiyasını nəzərə alaraq, Azərbaycanda da bu sahədə qaydaların sərtləşdirilməsi barədə qərar qəbul edilib. Məqsəd Azərbaycanda yoluxma və ölüm hallarının azaldılmasıdır”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, peyvəndin tətbiqinə qədər yoluxmanın azaldılması ilə bağlı tədbirlər həyata keçirilməlidir : “Ermənistanın təcavüzündən -  sentyabrın 27-dən səhiyyə sistemi iki cəbhədə fəaliyyət göstərib. 919 əsgər və zabitimizin tibbi müəssisələrdə müalicəsi davam etdirilir, digər tərəfdən, həkimlərimiz koronaviruslu xəstələrin müalicəsi ilə məşğuldur”.

# 420
avatar

Oxşar yazılar