Polis rəisinin müavini vəzifəsindən AZAD EDİLDİ
16 fevral 2022 22:50 (UTC +04:00)

Polis rəisinin müavini vəzifəsindən AZAD EDİLDİ

Samux rayon polis rəisinin müavini sərancama götürülüb.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməliyyat işləri üzrə rəis müavini Musayev Fikrət Kamal oğlu sərancama götrülüb.

Hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki Samux Rayon Polis Şöbəsinə ötən gün polkovnik-leytenantı Ramil Səfərəliyev rəis təyin olunub.

Xatırladaq ki, Ramil Səfərəliyev daha əvvəl Kəpəz Rayon Polis İdarəsinin əməliyyat üzrə rəis müavini vəzifəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2958
avatar

Oxşar yazılar