Polis  Nardaran məktəbində
24 aprel 2026 12:30 (UTC +04:00)

Polis Nardaran məktəbində

0

Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin təşkilatçılığı ilə Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 295 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilib.

Lent.az xəbər verir ki, “Narkomaniya və erkən nikaha yox deyək!” mövzusunda keçirilən tədbirdə polis əməkdaşları, Bakı şəhər Narkoloji Mərkəzinin, eləcə də Xəzər Universitetinin sosioloq, psixoloq və müəllimləri iştirak ediblər.

Bakı Şəhər Baş Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi polis polkovniki İbrahim İsmayılov çıxışında narkotiklərin zərərləri və erkən nikahın fəsadları barədə yeniyetmə və gənclərin məlumatlandırılması istiqamətində keçirilən bu görüşlərin əhəmiyyətindən danışıb.

Çıxış edənlər şagirdlərə narkomaniyanın fiziki, psixoloji və ictimai təhlükələri, bu istiqamətdə aparılan qətiyyətli mübarizə tədbirləri, eləcə də erkən nikahın sosial fəsadları və hüquqi  məsuliyyəti barədə ətraflı məlumat veriblər.

Sonda şagirdlərə dəyərli tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 354

Oxşar yazılar