Qayınana kainat gözəli  olan gəlinini GÜLLƏBARAN etdi - VİDEO
24 aprel 2026 11:55 (UTC +04:00)

Qayınana kainat gözəli olan gəlinini GÜLLƏBARAN etdi - VİDEO

0

Meksikada qayınana kainat gözəli seçilən gəlinini amansızlıqla öldürüb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə ölkənin paytaxtı Mexikoda baş verib.

Əvvəllər kainat gözəli seçilən Karolina Qomez evində başından silahla vurulmuş halda tapılıb. Evin kamera görüntülərinə baxan polislər iki qadının dava etdiyini, sonra onlardan birinin digərinə tapança ilə atəş açaraq öldürdüyünü görüblər. Məlumata görə, qayınanası Qomezi 6 dəfə atəş açaraq öldürüb.

Hadisə zamanı gənc qadının əri və 8 aylıq körpəsi də evdə olub. Cinayətdən sonra onun əri qətl olan otağa keçərək anasından niyə belə etdiyini soruşub. Ana isə “O məni əsəbiləşdirdi” və “Sən mənimsən onun yox” deyə cavab verib.

Həmçinin məhrumun əri hadisədən şoka düşərək körpə ilə birgə uzun müddət evi tərk etməyib və qadının meyitinin başı üstündə dayanıb.

Polis əməkdaşları qətli törədən qayınananı qısa müddət ərzində saxlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 542

Oxşar yazılar