“İnşallah”  deyən Hollivud ulduzuna “Qurani-Kərim” verdilər
24 aprel 2026 09:52 (UTC +04:00)

“İnşallah” deyən Hollivud ulduzuna “Qurani-Kərim” verdilər

0

Hollivudun Oskar mükafatlı ulduzu Anne Hathavay hazırda karyerasında dönüş nöqtəsi sayılan The Devil Wears Prada (Şeytan Prada Geyinir) filminin bir premyerasından digərinə qatılır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hər gün qırmızı xalçaya çıxan 43 yaşlı aktrisa dünən gecə də filmin Londondakı ilk nümayişi üçün təşkil olunan qalada iştirak edib. Orada pərəstişkarlarına imza paylayıb, xatirə şəkilləri çəkdirərkən heç gözləmədiyi bir hədiyyə ilə qarşılaşıb. Bir pərəstişkarı ona Qurani-Kərim hədiyyə edib.

Anne Hathavayin bu hədiyyəni almasının da xüsusi səbəbi var. O, verdiyi bir müsahibədə “İnşallah” sözünü işlətmişdi.

Beləki, aktrisa bu həftənin əvvəlində özünü “dünyanın ən gözəl qadını” adlandıraraq People Magazine jurnalına müsahibə verib. Həmin müsahibədə 40 yaşdan sonra həyata baxışını və yaş almağa münasibətini izah edib. Hathavay deyib: “Qocalmaqdan, gənc yaşda ölməkdən qorxursan. Ümid edirəm ki, uzun və sağlam həyatım olar və yaşamaqdan zövq alaram. İnşallah elə olar.”

Onun istifadə etdiyi “İnşallah” sözü sosial mediada sürətlə yayılaraq viral olub. Məhz bundan sonra “The Devil Wears Prada” filminin London qalasında bir pərəstişkarı aktrisaya Qurani-Kərim hədiyyə edib. Hədiyyəni qəbul edən Anne Hathavay isə pərəstişkarına “Çox təşəkkür edirəm. Çox mehribansınız” sözləri ilə cavab verib.

Qeyd edək ki, “The Devil Wears Prada” filminin ilk hissəsi 2006-cı ildə nümayiş olunub. Davam filmi isə bu il tamaşaçılarla görüşəcək. Filmdə Anne Hathavay ilə yanaşı Meryl Streep, Stanley Tucci və Emily Blunt kimi məşhur aktyorlar da rol alır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 412

Oxşar yazılar