Polietilen torbaları satanlıar külli miqdarda cərimə olunacaq - RƏSMİ
02 aprel 2022 11:36 (UTC +04:00)

Polietilen torbaları satanlıar külli miqdarda cərimə olunacaq - RƏSMİ

“Plastik torbaların idxalı və istehsalı ilə məşğul olanlar 1000-4000 manat aralığında cərimələnə bilər”. 

Bunu Lent.az-a açıqlamasında  İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində mətbuat katibi Elmar Məlikov deyib.

Elmar Məlikov

O bildirib ki, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır:

“İnzibati Xətalar Məcəlləsinə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər 1000-1500 manat, hüquqi şəxslər 3000-4000 manat məbləğdə cərimə edilir”.


Onun sözlərinə görə, həmin xətaların inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə, plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1500-2000 manat, hüquqi şəxslər isə 4000-5000 manat məbləğində cərimə edilir. 


Bəs, polietilen torbaların zərərləri nələrdir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev bildirir ki, plastik qablaşdırma tullantıları ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir.

Mehman Nəbiyev

“Plastik tullantılar ətraf mühiti çirkləndirməklə yanaşı canlı aləmin, o cümlədən bitkilərin, heyvanların, dəniz bioresurslarının, quşların həyatı üçün təhlükə törədir, onların yaşayış mühitini məhdudlaşdırmaqla ölümünə səbəb olur. Hətta bəzi dəniz canlıları bu tullantıları qida kimi qəbul edərək məhv olur”.

O qeyd edir ki, bu tullantılatrın içərisində polietilen torbalar xüsusi yer tutur. Poletilen torbalar çox yüngül çəkili (qalınlığı 15 mikrona qədər olan) və yüngül çəklil (qalınlığı 15-50 mikron olan) olmaqla qruplaşdırılır:

“Bir dəfə istifadə üçün nəzərdə tutulmuş çox yüngül çəkili polietilen torbalar (pinqvinlər) təbiətə düşdükdən sonra onları geri yığmaq iqtisadi cəhətdən səmərəli olmadlğı üçün ətraf mühitin çirklənməsində rolu daha çoxdur. Ətraf mühiti bu tullantılardan qorumaq üçün onları yaradan məhsullardan istifadəni tədricən azaltmaq, bu məhsulların əvəzində alternativ materialdan olan məhsullara üstünlük vermək lazımdır”.

 Nəbiyevin sözlərinə görə, polietilen torbalar əvəzinə ətraf mühitə ziyan verməyən materialdan hazırlanan qab və torbalardan istifadə tmək daha məqsədəuyğundur:

“Məsələn, çox dəfə istifadə olunan, parça, kağız, bioplastik torbalar var ki, təbiətdə çox tez parçalanır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2457
avatar

Aytəkin Cəlali

Oxşar yazılar