Peyvəndlənməyənlər cərimələnəcək? - DİN-dən  RƏSMİ AÇIQLAMA
05 aprel 2021 17:15 (UTC +04:00)

Peyvəndlənməyənlər cərimələnəcək? - DİN-dən RƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) peyvənd olunmayan şəxslərin cərimələnməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

DİN mətbuat xidmətinin Kütləvi informasiya və Iictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkədə yayılan məlumatlar əsasızdır: “Peyvənd vətəndaşlara könüllü vurulur. İnzibati Xətalar Məcəlləsində peyvənd olunmayan şəxslərin cərimə edilməsi ilə bağlı hüquqi norma yoxdur”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatda peyvənd olunmayan şəxslərin 40 manat miqdarında cərimə olunması ilə bağlı məlumatlar yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3687
avatar

Oxşar yazılar