Peyvənd olunanlar nə üçün koronavirusa yoluxur? - Baş infeksionistdən CAVAB
30 avqust 2021 16:14 (UTC +04:00)

Peyvənd olunanlar nə üçün koronavirusa yoluxur? - Baş infeksionistdən CAVAB

Son günlər sosial şəbəkələrdə müzakirə mövzularından biri də peyvənd olunduqdan sonra COVID-a yoluxanlarla bağlıdır.

Bu barədə Lent.az-a açıqlama verən Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib ki, peyvənd canlı virus deyil:

"Sözügedən şəxslər ola bilər ki, peyvənd vurulan məntəqələrdəki sıxlıqla əlaqədar virusa yoluxsunlar. Və ya onlar peyvənd edilmədən qabaq da koronavirus xəstəsi ilə bilmədən əlaqədə ola bilərlər.

Vətəndaşlara tövsiyəm bundan ibarətdir ki, peyvənd olunmaq üçün getdikləri məntəqədə ehtiyatlı olsunlar və sosial məsafə saxlasınlar".

T.Eyvazov əlavə edib ki, peyvəndin qoruyuculuğu üçün bir müddət vaxt keçməlidir:

"Peyvəndin ilk dozasından sonra virusun yoluxma riski ola bilər. Eləcə də hər iki dozadan sonra ən azı 2 həftə keçməlidir ki, peyvənd koronavirusa yoluxmadan insanları qoruya bilsin. Həmin müddət keçməsə, peyvənd vurulmuş sayılmır".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9999
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar