Özünü qazi kimi təqdim edən müharibə iştirakçısı deyil  - RƏSMİ
08 avqust 2024 12:20 (UTC +04:00)

Özünü qazi kimi təqdim edən müharibə iştirakçısı deyil - RƏSMİ

Sosial şəbəkə səhifələrində Ağcabədi rayon sakini, 2004-cü il təvəllüdlü, iki ayağı olmayan, görmə məhdudiyyətli şəxs Sadıqov Hüseyn Əlağa oğluna dair paylaşılan video ilə bağlı ilk növbədə bildiririk ki, həmin şəxs müharibə iştirakçısı deyil.

Lent.az xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin İctimaiyyətlə Əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov məlumat yayıb.

O bildirib ki, həmin şəxsə ödənilən sosial ödənişin dayandırılması barədə qeyd etdikləri də yanlışdır.

Belə ki, Hərbi-Həkim Komissiyasının Sadıqov Hüseyn Əlağa oğlu ilə bağlı 13.09.2023-cü il tarixli xəstəlik şəhadətnaməsində əsas diaqnozunun müharibə və ya hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar deyil, hərbi xidmət dövrü ilə əlaqəli olduğu qeyd olunub.

Diaqnozunda göstərilən səbəb əlaqəsinə uyğun olaraq da ona hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin funksiyalarının 100 faiz pozulmasına görə (I dərəcə) müddətsiz (ömürlük) əlillik təyinatı aparılıb.

Əlilliyi təyin edildiyi vaxtdan da Hüseyn Sadıqova pensiya və təqaüd olaraq ümumilikdə aylıq 680 manat sosial ödəniş təyin edilib və həmin sosial ödənişlərini hər ay almaqda davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 801
avatar

Oxşar yazılar

Şimşək çaxacaq, dolu düşəcək - Sabahın HAVASI

Şimşək çaxacaq, dolu düşəcək - Sabahın HAVASI

8 avqust 2024 , 12:29
Kamran Əliyev bu rayonda vətəndaşları qəbul edəcək

Kamran Əliyev bu rayonda vətəndaşları qəbul edəcək

8 avqust 2024 , 11:02
Bakının 2 rayonu qazsız qalacaq

Bakının 2 rayonu qazsız qalacaq

8 avqust 2024 , 09:57
Laçın bu gün qazsız  qalacaq

Laçın bu gün qazsız qalacaq

8 avqust 2024 , 09:24
Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

8 avqust 2024 , 09:16
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

8 avqust 2024 , 08:20
Klinikada 4 gündə 17 xəstə öldü - İki həkim saxlanıldı

Klinikada 4 gündə 17 xəstə öldü - İki həkim saxlanıldı

8 avqust 2024 , 02:11
Avqustda inanılmaz dərəcədə zənginləşəcək  BÜRCLƏR

Avqustda inanılmaz dərəcədə zənginləşəcək BÜRCLƏR

8 avqust 2024 , 00:02