Övladları birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ
16 may 2021 10:22 (UTC +04:00)

Övladları birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Birinci sinfə şagird qəbulu üzrə elektron portalın (www.mektebeqebul.edu.az) fəaliyyəti yenidən aktivləşib.

Təhsil Nazirliyindən Lent.az-a verilən xəbərə görə, bayram günləri ilə əlaqədar portalın fəaliyyəti mayın 8-i saat 18.00-dan müvəqqəti dayanmışdı. Portal fəaliyyətini bu gün saat 09:00-dan aktivləşdirib.

Tədris başqa dillərdə olan I siniflərə uşaqların qəbulu ilə bağlı müsahibə üzrə Apellyasiya komissiyası yaradılıb

Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

# 1674
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar