Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu soyad sonluqlarının dəyişdirilməsi ilə bağlıdır.
“Müstəqillik qazandığımız gündən bu günədək 1 milyon 200 minə yaxın şəxsin soyad sonluğu dəyişdirilib. Qeyd edim ki, ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı Nazirliyə olan müraciətlərin sayında artım müşahidə olunur".
Bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşı Nahid Səfərli deyib.
Bəs, bu il nə qədər adam soyad sonluğunu dəyişib?
Lent.az-ın bu sualını da Nahid Səfərli cavablandırıb.
"2022-ci ildə isə 8000-ə yaxın şəxsin soyad sonluğu milliləşdirilib. Ancaq əhali arasında soyad sonluğu ilə soyadın dəyişdirilməsi məsələsində qarışıqlıq yaranır. 18 yaşına çatmış hər Azərbaycan vətəndaşı adını, hətta soyadını da dəyişdirə bilər".