“Dostlar, müharibənin içindən hər kəsə salamlar. Bəlkə də bu, sizinlə son yayımımdır. Çünki Kiyev davamlı olaraq vurulur”.
Lent.az xəbər verir ki, bu sözləri Ukrayna vətəndaşı, jurnalist Gülsüm Xəlilova özünün “Twitter” səhifəsində paylaşdığı videoda deyib.
“ATRChannel” kanalının jurnalisti bildirir ki, hökumət üzvlərinin insanları sığınacağa girməyə səsləyir:
“Paytaxtdakı vəziyyət 1941-45-ci illərdəki London və Varşavanı xatırlatdır. Hökumət üzvləri insanları sığınacaqlara girməyə səsləyir. 21-ci əsrdə 1941-ci ilin qaranlıq günlərini yaşayırıq. Amma biz buradayıq və işləməyə davam edirik. Bizim kanal ruslar tərəfindən tanınır və onların hədəfləri arasındadır. Amma olsun, qorxaraq yaşamaqdansa, şərəfli ölmək daha yaxşıdır. Ukrayna döyüşçüləri və xalqı işğalçılara qarşı dirənirlər. 21-ci əsrdə Avropanın göbəyində bir ölkə rəsmən işğala məruz qalır, başını quma salmış dünya isə sadəcə bu hadisələri qınamaqla kifayətlənir. Bəziləri isə qınamaqdan belə qorxur. Gün gələcək, onların da paytaxtı işğal olunanda anlayacaqlar, amma gec olacaq”