Niqablı qadınlar maska taxmalıdır? - AÇIQLAMA
01 fevral 2021 14:23 (UTC +04:00)

Niqablı qadınlar maska taxmalıdır? - AÇIQLAMA

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzu niqab taxan xanımların maska taxmaq problemi ilə əlaqədardır.

Belə ki, niqab taxan xanımlar ictimai yerlərdə polis və obyekt sahiblərinin onlardan maska taxmaq tələbinə etiraz edirlər. Onlar bu barədə etirazlarını sosial şəbəkə vasitəsilə bildiriblər və həmin mövzu geniş müzakirə predmetinə çevrilib.

Mövzu ilə əlaqədar rubrikamızın “niqab taxanlar koronavirusdan qorunmaq üçün həm də məcburi maska taxmalıdırmı?” sualına infeksionist Abidin Rəhimov aydınlıq gətirib:

“Niqab taxan xanımların əlavə olaraq, tibbi maska taxması düşünürəm ki, vacib deyil. Heç buna ehtiyac da yoxdur. Əgər o, niqab taxıb burun da daxil olmaqla çənəyə qədər üzünü örtübsə, əlavə olaraq niyə tibbi maska taxmalıdır ki?! Maska ona görə taxılır ki, nəfəs yollarını virusdan qorusun. Onun taxılması da niqabla tamamilə eynidir. Belə olduğu halda həmin qadınlardan maska tələb etmək də doğru deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3546
avatar

Mehman Nəbiyev

Oxşar yazılar