“Nazirlikdə baş verənlər sadəcə biabırçılıqdı” – Hüquqşünasdan Emin Əmrullayevə AÇIQ MƏKTUB
21 iyun 2023 09:39 (UTC +04:00)

“Nazirlikdə baş verənlər sadəcə biabırçılıqdı” – Hüquqşünasdan Emin Əmrullayevə AÇIQ MƏKTUB

"Hörmətli, Emin Əmrullayev bu açıq məktubu ona görə yazıram ki, güman ki aşağıda qeyd etdiklərimizlə bağlı sizin məlumatınız yoxdur".

Lent.az xəbər verir ki, bu sözləri ölkənin tanınmış hüquqşünası Şamil Paşayev özünün sosial şəbəkə hesabında yazıb.

O, qarşılaşdığı əngəllər barədə yazılı paylaşım edib. 

Paylaşımda deyilir:

"Hörmətli, Emin Əmrullayev bu açıq məktubu ona görə yazıram ki, güman ki aşağıda qeyd etdiklərimizlə bağlı sizin məlumatınız yoxdur.

5 aydan artıqdır bağçanın fəaliyyətə başlaması ilə bağlı müvafiq nizamnaməyə rəy verilməsi üçün Elm və Təhsil Nazirliyinə müraciət edirik. Qanunvericilikdə qeyd olunan müddətlər dəfələrlə ötürülməklə 3 dəfə bizə mənfi rəy verilmişdir. Tamamilə əsassız, qanunsuz işlər görülür, heç bir hüquq norması saya salınmır, Nazirlər Kabineti tərəfindən qeyd olunan "Nümunəvi Nizamnamə" uyğun qeyd olunanlar heçə sayılır, süni əngəl törədilir. Bunları kim necə və niyə edir, təbii ki, sizə də bizə də gün kimi aydındır. Sizdən öncəki dönəmdə digər nazirllərin zamanında Nizamnaməyə rəy almaq mümkün idi, indi isə bu məsələ hər hansı, əlaqə olmasa imkansıza çevrilibdir.

Əlimdə bir neçə rəy verilən oxşar "Nizamnamələr" var onlara rəy verildiyi halda işin absurd tərəfi bağçanın və təsisçinin adı dəyişdirildiyi halda biz təqdim edənə rəy verilmir. Bunun niyəsi yəqin ki, aydındır.

Emin bəy, başınıza papaq qoyub, gözünüzə eynək taxıb, "Qəbul şöbəsinə" sadə vətəndaş kimi müraciətə gedin, orada bir müraciət edən vətəndaşımızın razı getmədiyini özünüz müşahidə edin. Nazirliyinizdə olan süni bürokratik əngəl demək olar ki, əksər qurumlarda yoxdur.

Sadəcə biabırçılıq və təəssüf hissi doğurur. Güman edirəm ki, sizin xəbəriniz yoxdur.

Hörmətlə, hüquqşünas, Şamil Paşayev".

Saxta iş elanlarını necə müəyyən edək? – Hüquqşünasdan MƏSLƏHƏT | KONKRET

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4626
avatar

Oxşar yazılar