Nazim Rəcəbov 4 ölkədən  olan həmkarı ilə görüşdü
22 may 2025 17:13 (UTC +04:00)

Nazim Rəcəbov 4 ölkədən olan həmkarı ilə görüşdü

Mayın 19-23 -də Bakı şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə aparan Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin (GlobE Network) Altıncı Plenar İclası və İdarəetmə Komitəsinin Onuncu Görüşü çərçivəsində bir sıra nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli işgüzar görüşlər keçirilib.

Lent.az xəbər verir ki, baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov, Monqolustan Xalq Respublikasının Korrupsiyaya qarşı Müstəqil Xidmətinin Baş Komissar müavini Azjarqal Qavaasuren ilə görüşərək, 2019-cu ilin iyul ayında Ulan-Bator şəhərində imzalanmış "Korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizədə əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu xatırlayıb. Hər iki tərəf, bu sənədin hüquq mühafizə orqanları arasında əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini və qarşılıqlı təcrübə mübadiləsinin səmərəli olduğunu vurğulayıb.Tərəflər əməkdaşlığın əvvəlki illərdə əsasının qoyulduğunu və son illərdə daha da intensiv xarakter aldığını xüsusi olaraq qeyd ediblər.

Nazim Rəcəbov, həmçinin Pakistanın Milli Hesabatlılıq Bürosunun sədr müavini Sohail Nasir ilə görüşüb, iki ölkə arasındakı dostluq münasibətlərinin güclü təməllərə dayandığını və hüquq-mühafizə sahəsindəki əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Pakistan nümayəndəsi də təcrübə və informasiya mübadiləsinin daha da genişləndirilməsinin qarşılıqlı maraqlara xidmət edəcəyini bildirib.

Azərbaycan-Qazaxıstan əlaqələri də müzakirə olunan digər mühüm mövzulardan biri olub. Baş prokurorun müavini Nazim Rəcəbov, Qazaxıstanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin sədrinin birinci müavini Ulan Serkulov ilə görüşüb, iki ölkə arasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və bu sahədə əməkdaşlığın artırılması istiqamətində imzalanmış sənədləri qeyd edib. Serkulov, bu əməkdaşlığın xüsusilə korrupsiya cinayətlərinin istintaqı və beynəlxalq hüquqi əməkdaşlıq sahəsində daha da inkişaf etdirilməsinin önəmli olduğunu vurğulayıb.

Görüşlərdə Maldiv Respublikasının Korrupsiyaya qarşı Mübarizə Komissiyasının üzvü Ahmed Naşid də iştirak edib və ölkələr arasında hüquqi əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib. Naşid, hər iki qurum arasında yüksək səviyyəli görüşlərin təşkil edilməsinin ölkələr arasında səmərəli tərəfdaşlığın inkişafına əhəmiyyətli töhfə verəcəyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 446

Oxşar yazılar

Masallıda 18 yaşlı qız itkin düşdü

Masallıda 18 yaşlı qız itkin düşdü

22 may 2025 , 22:12
APA TV  yayım dairəsini genişləndirir

APA TV yayım dairəsini genişləndirir

22 may 2025 , 20:24
Süni intellekt bir foto ilə ölüm riskinizi  müəyyən edir

Süni intellekt bir foto ilə ölüm riskinizi müəyyən edir

22 may 2025 , 19:20
Ən tənbəl  BÜRCLƏR AÇIQLANDI

Ən tənbəl BÜRCLƏR AÇIQLANDI

22 may 2025 , 18:32
Sabah bu rayonda qaz olmayacaq

Sabah bu rayonda qaz olmayacaq

22 may 2025 , 17:40
Azərbaycanda bütün karyeranı əhatə tam xidmət modeli – “UNİDESTİN” Tədris Mərkəzi AÇILDI

Azərbaycanda bütün karyeranı əhatə tam xidmət modeli – “UNİDESTİN” Tədris Mərkəzi AÇILDI

22 may 2025 , 16:41
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

22 may 2025 , 16:38
Baş prokuror Vyanada işgüzar səfərdədir

Baş prokuror Vyanada işgüzar səfərdədir

22 may 2025 , 15:35