Axtarışda olan bloqqer Hüseyn Həsənov Moskva yaşayış kompleksindəki elit mənzilini paytaxt rieltoru Vadim Boqaça verib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, əvvəllər rusiyalı məşhurlar üçün daşınmaz əmlak tapmaq üzrə ixtisaslaşan Boqaç Həsənovla əməkdaşlıq edib. O, Həsənova mənzil almağa kömək edib və 2022-ci ildə bloqqerə ad günü hədiyyəsi olaraq bir otaqlı mənzil bağışlayıb.
Qeyd olunur ki, cinayət işi açılandan sonra Rusiyanı tərk edən Həsənov 100 milyon rubl dəyərində olan mənzili yenidən onun adına rəsmiləşdirmək üçün rieltorla razılaşıb. Bu sövdələşmə ittihamın bir hissəsi kimi əmlakın ələ keçirilməsinin qarşısını almağa imkan verib.
***
12:40
Beynəlxalq axtarışa verilən bloqqer Hüseyn Həsənov barəsində cinayət işi açılandan dərhal sonra Moskvadakı üç otaqlı mənzilini 100 milyon rubla (təxminən 2 milyon 128 min 300 manat) satıb.
Lent.az xəbər verir ki, bloqqerin 124 kvadratmetrlik təmirli və şəhərə panoramik mənzərəsi olan mənzili “Neva Towers” elit yaşayış kompleksinin 44-cü mərtəbəsində yerləşir. Qeyd olunur ki, Həsənov mənzili həbsdən və müsadirədən xilas etmək üçün tələsik satıb.
Satışdan əvvəl bloqqer yaşamadığı müddətdə mənzili ayda 750 min rubla icarəyə verib.
Bir neçə gün əvvəl bloqqer mülkünü başqa şəxsə verib. Köməkçiləri ona sövdələşməni dayandırmağa kömək ediblər.
Qeyd edək ki, mayın 14-də Hüseyn Həsənov xüsusi külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulması faktı ilə bağlı axtarışa verilib və qiyabi həbs edilib. Bu maddəyə əsasən, bloqqeri 7 ilə qədər həbs cəzası gözləyir.