“Narkotik istifadəçiləri koronavirusa daha tez yoluxur”.
Lent.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib. O qeyd edib ki, narkotik asılılıq immunitet zəifliyinə səbəb olur:
“Ümumiyyətlə, narkotik istifadəçiləri QİÇS və bir çox infeksion xəstəliklərə yoluxma riski xeyli yüksəkdir. Bəşəriyyətin hazırda bir nömrəli bəlasına çevrilən COVID-19 pandemiyası dövründə narkotik istifadəçiləri yüksək risk qrupuna daxildilər. Eyni zamanda, asosial davranışları nəticəsində infeksiyanın yayılmasına (karantin rejiminə riayət etməməklə) səbəb ola bilərlər”.