Müəllimlərin işə qəbulunda  CİDDİ DƏYİŞİKLİKLƏR
16 fevral 2022 11:59 (UTC +04:00)

Müəllimlərin işə qəbulunda CİDDİ DƏYİŞİKLİKLƏR

“Müəlimlərin işə qəbul müsabiqəsinə müraciət edən namizədlərin sayı artıb. Əvvəllər müəllimlik üçün namizədlərin sayı 10 min idisə, ötən il 62 min nəfər elektron qaydada qeydiyyatdan keçib”.

Lent.az xəbər verir ki, bunu "Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklər" mövzusunda keçirilən onlayn brifinqdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib. 

Onun sözlərinə görə, müsabiqənin keçirildiyi 10 il ərzində tətbiq edilən qaydalarda çox ciddi dəyişikliklər olub:

"Həm beynəlxalq təcrübə, həm müraciətlər, təhsil müəssisələrindən gələn rəylər nəzərə alınır və hər il müvafiq qaydada təkmilləşmələr, dəyişikliklər aparılır. Bu il də təkmilləşmələr aparılıb və yeni qaydalar qüvvəyə minib. Dəyişiklik iki hissə - həm müəllimlərin işə qəbulu, həm də iş yerinin dəyişdirilməsi üzrədir".

O qeyd edib ki, müəllimlərə verilən vaxt artırılıb:

"Bununla əlaqədar 120 dəqiqəyə qədər artırılması barədə qərar qəbul edilib. Test imtahanına 60 sual təqdim olunacaq, amma bunun cavablandırılmasına görə qiymət fərqli olacaq, 100 bal toplaya biləcəklər. 40 ixtisas sualı olacaq, hər düzgün cavab 2 bal verəcək, 20 metodika sualı olacaq ki, bu zamanda düzgün cavablandırlmaya görə 1 bal tətbiq ediləcək. Səhv cavablandırılmış 4 testin cavabına görə 1 düzgün cavab silinəcək".

O həmçinin bildirib ki, müəllimlərin işə qəbulu üzrə test imtahanlarının bir neçə mərhələdə keçirilməsi nəzərdə tutulmayıb:

"Vakansiya seçimi iki mərhələdə olacaq. İlk mərhələdə MİQ üzrə müsabiqənin minimum tələbini ödəyən şəhid ailəsi üzvlərinin seçim etməsinə üstünlük veriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5262
avatar

Aytəkin Cəlali

Oxşar yazılar