Müəllimlər  6 min avrodan çox   maaş alır, sinif otaqlarını özləri təmizləyir
06 fevral 2022 17:35 (UTC +04:00)

Müəllimlər 6 min avrodan çox maaş alır, sinif otaqlarını özləri təmizləyir

 Almaniyada məktəbdə yeni dərs deməyə başlayan müəllimlərin orta əmək haqqı 6300 avrodur.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bu, Avropa İttifaqında ən yüksək müəllim maaşlarından biridir. Məsələn, Fransada müəllimlər ayda təxminən 2500 avro, İtaliyada isə 1800 avrodan bir qədər çox pul alırlar. Ən aşağı maaş (500 avrodan az) isə müəllimlərə Bolqarıstanda verilir.

“Mənim həftədə 26 dərsim var, - Almaniya məktəblərindən birində alman ədəbiyyatı və fransız dili müəllimi Yuliya Koçanek jurnalistlərə bildirib. - Bu normadan artıqdır. Məsələn, Fransada həmkarlarım həftədə 20 saat işləyirlər və bizim vəzifə öhdəliklərimizin bir hissəsi olan çox şeyi etmirlər.

Yuliya iş gününün başlamasına yarım saat qalmış məktəbə gəlir. Velosiped sürdüyü üçün ora tıxacsız çatır.

Geyimi mümkün qədər rahatdır: cins şalvar, idman ayaqqabısı və ya düz çəkmələr və rahat sviterlər. Saçları topuzdur, minimal makiyajlıdır. Almaniya məktəblərinin əksəriyyətində şagirdlərin heç bir forması və ya geyim kodu yoxdur.

- Almaniyada müəllim obrazı son beş ildə çox dəyişib, - müəllim izah edir. - Əvvəllər daha çox yüksək ixtisaslı mütəxəssis idiksə, indi daha çox dostuq. Bilirəm ki, hər yerdə belə deyil. Bir çox ölkələrdə müəllimlər dərsi başa vurub iş gününü bitirirlər. Bizim vəzifəmiz yeniyetmənin məktəbdə özünü evdəki kimi hiss etməsidir, ona görə də biz məktəbin və şagirdlərin həyatında iştirak edirik.

Dərs zamanı Yuliya birbaşa partada otura bilər. Onun vəzifələrinə yeməkxanada və oyun meydançasında uşaqların davranışlarına nəzarət də daxildir və o, bir çox həmkarları kimi sinfi təmizləyir - döşəmələri yuyur və tozunu silir.

- Yenə deyirəm, bütün ölkələrdə döşəmə silən müəllim görməyəcəksiniz, amma Almaniyada bu, normadır, - Koçanek deyir. - Ancaq bütün bunlara görə layiqli maaş alırıq.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4563
avatar

Oxşar yazılar