Moskvalılara havanın soyuması ilə bağlı xəbərdarlıq edilib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, həftənin ortalarına doğru Moskvaya payız soyuğunun gələcəyini bildiriblər.
Məlumata görə, iyulun 10-da səhər saatlarında paytaxtda havanın temperaturu 8 dərəcəyə enib. Meteoroloq qeyd edib ki, çərşənbə günü səhər, iyulun 12-də termometrlərin göstəriciləri 3 dərəcəyədək enəcək ki, bu da iqlim normasından 4-5 dərəcə aşağıdır.
Hidrometeorologiya Mərkəzindən verilən xəbərə görə, çərşənbə axşamı, iyulun 11-də şəhərdə gün ərzində 18-20 dərəcə isti, buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Çərşənbə günü paytaxtda 16-18 dərəcə isti olacaq, yüngül yağıntı gözlənilir.