Növbəti iş həftəsində Moskva sakinlərini kəskin soyuqlar gözləyir və yağışlar həftənin ortalarından başlaya bilər.
Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, bunu “METEO” proqnoz mərkəzinin rəhbəri Aleksandr Şuvalov deyib.
Sinoptik “qarşıdan gələn iş həftəsinin bütün aspektlərdə dönüş nöqtəsi olacağını” proqnozlaşdırıldığını bildirib.
“Görünməmiş sürətli soyuma və real payız havasına keçid olacaq. Temperatur sürətlə dəyişəcək və iş həftəsinin sonuna doğru 27-15 dərəcə isti olacaq (...). Qısamüddətli tufanlar da mümkündür", - o, əhaliyə müraciət etdi.