Moskva və Moskva vilayətində avqustun 24-də və 25-də hava 34-35 dərəcə isti olacaq.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand paytaxt regionunda rekord istilərlə bağlı sakinlərə xəbərdarlıq edib.
“Atmosfer proseslərinin təhlili Moskvada temperaturun gözləniləndən daha yüksək olacağını proqnozlaşdırmağa imkan verir. Bu gün 32-34, hətta 35 dərəcəyə çatacaq. Bu, rekord göstəricilərə yaxındır”, - meteoroloq bildirib.
Onun sözlərinə görə, Moskvada anomal isti hava yaxın günlərdə də davam edəcək. Belə ki, avqustun 25-də Moskvada 32-34 dərəcə, vilayətdə 35 dərəcəyə qədər isti olacaq. Avqustun 26 və 27-də havanın temperaturu eyni olacaq. Vilfand bu termometr göstəricilərini həyəcan verici adlandıraraq, avqustun 29-dək havanın temperaturunun normadan 7-9 dərəcə yüksək olacağını vurğulayıb.