MİDA mənzilləri satışa çıxarır - QİYMƏTLƏR
01 dekabr 2025 14:31 (UTC +04:00)

MİDA mənzilləri satışa çıxarır - QİYMƏTLƏR

0

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Binəqədi Yaşayış Kompleksi üzrə mənzillər satışa çıxarılır.

Lent.az xəbər verir ki, 204 mənzilin satışı 3 dekabr saat 11:00-da başlayacaq və 12 dekabr saat 11:00-da başa çatacaq.

Binəqədi Yaşayış Kompleksində satışa çıxarılan mənzillərin qiymətləri studio tipli mənzillər üzrə 48 120 manat, 2 otaqlı mənzillər  69 240 manat, 3 otaqlı mənzillər  87 480, 4 otaqlı mənzillər isə 118 800 manatdan başlayır.

Satış prosesi "Güzəştli mənzillərin satışına dair qaydalar"a uyğun şəkildə aparılacaq. Qaydaların 5.6-cı bəndinə əsasən, mənzilin dəyərinin ipoteka krediti hesabına ödənilməsi yalnız ilkin razılıq alınaraq elektron kabinetdə təsdiqlənməsindən sonra mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar