Meymunçiçəyi ilə bağlı şayiələrə  RƏSMİ REAKSİYA
16 iyun 2022 12:02 (UTC +04:00)

Meymunçiçəyi ilə bağlı şayiələrə RƏSMİ REAKSİYA

Xəbər verdiyimiz kimi, artıq qonşu ölkə olan Gürcüstanda meymunçiçəyi virusuna ilk yoluxma qeydə alınıb. Bundan sonra Azərbaycanda da narahatlıq yaranıb və meymunçiçəyinin ölkəmizdə də olmnası ilə bağlı fikirlər səsləndirilirb.

Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, meymunçiçəyi Azərbaycanda qeydə alınmayıb.

“Bəzi sosial şəbəkələrdə və mətbuatda qeyd olunan ehtimallara cavab olaraq bildiririk ki, Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb. Yoluxma faktı aşkar olunarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”.

 

Qeyd edək ki, sosial şəbəkələrdə də bir qadının meymunçiçəyinə yoluxması ilə bağlı foto paylaşılıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3168
avatar

Aytəkin Cəlali

Oxşar yazılar