Hərbi Prokurorluq itkin düşmüş hərbi qulluqçuların axtarışı ilə bağlı məlumat yayıb.
Respublika Hərbi Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilb ki, Vətən müharibəsinin başladığı gündən hərbi prokurorluq orqanları tərəfindən Füzuli rayonunda, Beyləqan, Bərdə, Yevlax və Gəncə şəhərlərində döyüşlərdə şəhid olan hərbi qulluqçularımızın meyitlərinin müayinə olunması, dini adət-ənənələrə uyğun olaraq hazırlanaraq dəfn olunması üçün yaşadıqları ünvanlara göndərilməsi məqsədilə mərkəzlər yaradılıb.
Bu günə qədər ümumilikdə 2 889 şəhidin meyiti müayinə olunaraq şəxsiyyəti müəyyən olunub.
Onlardan 1 481 meyitin şəxsiyyəti sırf istintaq yolu ilə (379-u DNT analiz nümunələrinin götürülərək müvafiq ekspertizaların keçirilməsi, 1022-i isə əl-barmaq izlərinin götürülərək eyniləşdirmə aparılması yolu ilə) müəyyən olunaraq yaxınlarına təhvil verilib.