Metro şənbə və bazar günləri   İŞLƏMƏYƏCƏK
04 iyun 2021 17:02 (UTC +04:00)

Metro şənbə və bazar günləri İŞLƏMƏYƏCƏK

Bu şənbə və bazar günü metro sərnişin daşımayacaq.

Lent.az xatırladır ki, Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" Qərarının 3.2 bəndinin şərtlərinə əsasən iyunun 5-i saat 00:00-dan ayın 7-si saat 06:00-a qədər Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

# 5931
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar