Sosial şəbəkə və yerli mediada yayılan məlumatlara görə, "Bakı Metropoliteni" QSC tərəfindən 8 000 işçinin aprel ayı maaşları ödənilməyib.
Bununla bağlı Lent.az-ın sorğusunu cavablandıran qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qeyd edib ki, elə bir problem olmayıb:
"Sırf texniki icraat məsələsi olub. Maaşlar verilir".