Sabah Mətbuat Şurasının (MŞ) toplantısı olacaq.
Lent.az-ın əldə etdiyi xəbərə görə, MŞ-nın İdarə Heyəti sabahki toplantıda növbəti qurultayın vaxtını müəyyənləşdirəcək.
Qeyd edək ki, MŞ-nın sədri Əflatun Amaşovdur. O, 2003-cü ildən bu posta rəhbərlik edir.