Mətbuat Şurası Vüsalə Mahirqızına plaket təqdim etdi
28 dekabr 2024 17:47 (UTC +04:00)

Mətbuat Şurası Vüsalə Mahirqızına plaket təqdim etdi

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib.

Şuradan Lent.az-a verilən xəbərə görə, iclasda dekabrın 25-də təyyarə qəzasında həlak olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

Əvvəlcə İdarə Heyətinin ötən iclasından bəri MŞ-nin gördüyü işlərə dair məlumat dinlənilib.

Rəşad Məcid hesabat dövründə Şuraya ünvanlanmış iki şikayətlə bağlı müvafiq tədbirlərin də reallaşdırıldığını diqqətə çatdırıb.

Toplantıda İH üzvləri – APA Groupun rəhbəri Vüsalə Mahirqızına APA-nın 20 illiyi, BDU-nin Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmliyə 70 illik yubileyi ilə əlaqədar Şuranın təbrik plaketləri təqdim olunub. Qulu Məhərrəmliyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Prezident sərəncamı bütövlükdə ölkə jurnalistikasına verilən növbəti dəyər nümunəsi kimi dəyərləndirilib, buna görə dövlət başçısına təşəkkür edilib.

İclasda dekabrın 25-də baş vermiş təyyarə qəzasının işıqlandırılması məsələlərinə də toxunulub. Bildirilib ki, MŞ-nin, ümumən, ekstremal şəraitlərdə jurnalistlərin davranışları ilə əlaqədar tövsiyələr hazırlamasının, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na müvafiq əlavələrin edilməsinin zəruriliyi üzərində dayanılınb.

Vurğulanıb ki, media təmsilçilərinin bədbəxt hadisə nəticəsində zərər çəkmiş şəxslərlə münasibətlərində ikincilərin düşdükləri durumu mütləq qaydada nəzərə almaları şərtdir. Onlara sual xatirinə sual verilməməli, vəziyyətlərinə həssas yanaşılmalı, cavablarının ictimai maraqlara, cəmiyyətin informasiya almaq hüququnun təminatına nə dərəcədə adekvat ola biləcəyi barədə düşünülməli, ajiotaj yaratmamalıdırlar. Habelə, ekstremal situasiyaların işıqlandırılmasında zərərçəkənlərin yaxın qohumlarının, doğmalarının yayılmış informasiyaları emalında sarsıntı keçirə bilmə ehtimallarına da ciddi şəkildə diqqət yetirilməlidir.

Toplantıda Medianın İnkişafı Agentliyinin start verdiyi media savadlılığı həftəsinin əhəmiyyəti vurğulanıb.

İH üzvləri çıxışlarında informasiyanın artan qlobal mahiyyətinə də toxundular, bununla əlaqədar misallar gətirdilər. Bu baxımdan peşəkar kadrların hazırlanmasının vacibliyi üzərində dayanıldı və diqqətə çatdırıldı ki, Azərbaycanın ayrı-ayrı təhsil ocaqlarında jurnalistika fakültələri fəaliyyət göstərirlər. Ancaq məsələyə daha sistemli yanaşılması üçün media sahəsində ayrıca ali məktəbin formalaşdırılması günün təxirəsalınmaz tələbidir. Çünki həm media özü dinamik struktura malikdir, həm də informasiya amili ölkələrin milli təhlükəsizlik məsələsi kimi özünü daha qabarıq formada göstərməkdədir.

Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib, <a href='https://apa.az' class='hyperlink' target='_blank'>APA</a>-nın 20 illiyi ilə əlaqədar Vüsalə Mahirqızına plaket təqdim olunubMətbuat Şurası İdarə Heyətinin iclası keçirilib, <a href='https://apa.az' class='hyperlink' target='_blank'>APA</a>-nın 20 illiyi ilə əlaqədar Vüsalə Mahirqızına plaket təqdim olunub

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4146

Oxşar yazılar

Cekpot  qazanmaq üçün   3 BÜRCƏ məsləhət

Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət

13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB

Qumar oynamağın cəzası nədir? - CAVAB

13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz

Çimərliyə hansı qidaları aparmaq olmaz

13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan  insanlar əyilməz gücə  malikdirlər

Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər

13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları -  VİDEO

İmtahanın düzgün cavabları - VİDEO

13 iyul 2025 , 14:34
Azərbaycanda ən isti hava harada qeydə alındı? - SİYAHI

Azərbaycanda ən isti hava harada qeydə alındı? - SİYAHI

13 iyul 2025 , 14:29