Bakıya uçan təyyarə aeroportdan qalxa bilmədi - PUA TƏHLÜKƏSİ
20 yanvar 2026 15:00 (UTC +04:00)

Bakıya uçan təyyarə aeroportdan qalxa bilmədi - PUA TƏHLÜKƏSİ

1

Rusiyanın paytaxtı Moskvadakı Domodedovo hava limanından Bakıya olan təyyarə reysi təxirə salınıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, buna səbəb davam edən PUA hücumlarıdır.

Qeyd olunur ki, 20 yanvar səhəri Domodedovo hava limanında uçuşların gediş-gəliş cədvəlində pozuntular qeydə alınıb. Onlayn tablonun məlumatına görə, bəzi reyslər ləğv edilib, bir neçə istiqamət üzrə uçuşlar isə ciddi gecikmələrlə həyata keçirilir.

AZAL-a məxsus təyyarənin də uçuş vaxtı Moskva saatı ilə 13:05 olsa da, 17:30-dək təxirə salınıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 19 yanvar saat 23:00-dan 20 yanvar saat 07:00-a qədər (Moskva vaxtı ilə) 32 pilotsuz uçuş aparatı (PUA) məhv edilib. Ən çox dron Bryansk vilayəti və Krım Respublikasının ərazisi üzərində vurulub: hər iki bölgədə 9 PUA məhv edilib.

Daha 3 pilotsuz aparat Voronej vilayəti üzərində məhv edilib. Belqorod, Kursk, Volqoqrad, Astraxan və Samara vilayətlərinin ərazisi üzərində isə hər birində 2 PUA ələ keçirilib. 1 pilotsuz aparat isə Smolensk vilayəti üzərində vurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 704

Oxşar yazılar