“Düz 40 il əvvəl, bu gün gəlin gəlmişəm bu evə”.
Lent.az xəbər verir ki, məşhur jurnalist İradə Tuncay sosial şəbəkə hesabında həyat yoldaşı Aqil Abbas ilə birlikdə foto paylaşaraq bu sözləri yazıb. Bu gün Ağdamda çəkilən fotoda onlar dağılmış bir evin önündə dayanıblar. İradə xanım da məhz həmin evin onun 40 il əvvəl gəlin gəldiyi ev olduğunu qeyd edib.