millət vəkili Eldəniz Səlimov
08 iyun 2021 17:50 (UTC +04:00)

millət vəkili Eldəniz Səlimov

Meşələri qıran deputat atası 65 min manat cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti deputat Eldəniz Səlimovun atası Adil Səlimovun Xaçmazın Fərzəlioba kəndində ağacları qırdırması ilə bağlı iddialara cavab verib.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Ekspert saat”da xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, nazirlik Xaçmazın Fərzəlioba kəndində ağacların qırılması ilə bağlı mayın 25-dən etibarən cərimələrə başlayıb: “İlk olaraq 7000 manat cərimə, mayın 31-də 25000 manat, iyunun 2-də 33040 manat cərimə tətbiq edilib. İki gecə bizim əməkdaşlar həmin ərazinin mühafizəsini həyata keçirib. Bu gün həmin işin dayandırılmasına qismən nail olmuşuq. Bütün sənədlər Xaçmaz rayon Prokurorluğuna təqdim edilib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5010
avatar

Oxşar yazılar