Məscidlərdə ibadətin YENİ QAYDALARI : Hacı Surxay danışır
07 iyun 2021 12:07 (UTC +04:00)

Məscidlərdə ibadətin YENİ QAYDALARI: Hacı Surxay danışır

“Təxminən iki ildir ki, pandemiya ilə bağlı məscidlər fəaliyyətini dayandırmışdı. Ayın 10-dan  ibadətlərə icazə verilməsi əlamətdar hadisədir. Şükürlər olsun Operativ Qərargahın qərarına əsasən yumşalmalar başladı”. 

Bu fikirləri Lent.az-a açıqlamasında "Cümə" məscidinin dini icmasının rəhbəri, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasını üzvü Hacı Surxay Məmmədli bildirib. 

"Cümə" məscidinin dini icmasının rəhbəri, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli

Hacı Surxay qeyd edir ki, 50 nəfərin məscidlərdə ibadətinə icazə verilməsi sevindirici haldır. Bu az rəqəm deyil:

“Ümid edirəm ki, zamanla əvvəlki qaydalara qayıdacağıq. Bütün məscidlərdə son hazırlıq işləri həyata keçirilir. İçəri daxil olan 50 nəfər namaz qıldıqdan sonra növbəti 50 nəfər daxil olacaq. Hər namazdan sonra məscidlər dzinfeksiya olunacaq. Məscidlər hərarət ölçən avtomatik qurğulara qədər təmin olunub. Dövlətin, Operativ Qərargahın verdiyi qərarlar bizim üçün qanudur. Çalışacağıq ki, bu qanunlardan kənara çıxmayaq. Gələcəkdə ümid edirik ki, yoluxma sayı az olarsa, Qafqaz Müsəlmanlar İdarəsinin rəhbəri, şeyx həzrətlərinin və Operativ Qərargahın icazəsi ilə 150-200 nəfər məsciddə rahat ibadət edər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3369
avatar

Nigar Adil

Oxşar yazılar