Lənkəranda məktəblinin döyülməsində təqsirli bilinən icra başçısının müavini işdən azad edilib.
Lent.az APA-nın cənub bürosuna istinadən xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının müavini Rasilə Arifqızı bu gündən etibarən tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, Lənkəran Şəhər İcra Hakimiyyətindən rəsmi və eksklüziv olaraq faktla bağlı məlumat APA-ya verilib.