Yanvarın 22-də təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq keçiriləcək.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, brifinqdə xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərə dair normativ hüquqi baza nəzərə alınaraq tədris və təlim-tərbiyə prosesinin təşkili, buna uyğun olaraq vəziyyətin dəyərləndirilməsi məsələlərinə toxunulacaq.
Brifinq çərçivəsində media nümayəndələrini maraqlandıran suallar cavablandırılacaq.