"AzərTac" İnformasiya Agentliyinin direktoru Aslan Aslanov
04 iyun 2021 17:39 (UTC +04:00)

"AzərTac" İnformasiya Agentliyinin direktoru Aslan Aslanov

“Məhərrəm İbrahimov ölümə hazır olan jurnalistlərdən idi” - "AzərTac"ın direktoru

“Məhərrəm İbrahimov çox peşəkar və fədakar ölümə hazır olan jurnalistlərdən biri idi”.

Bunu Kəlbəcərdə minaya düşərək həlak olan jurnalist Məhərrəm İbrahimov haqqında danışarkən "AzərTac" İnformasiya Agentliyinin direktoru Aslan Aslanov deyib.

O, bildirib ki, işğaldan azad olunmuş ərazilərdəki vəhşilikləri, Ermənistanın törətdiyi azğınlıqları lentə almaq üçün işlərə aparılır: “Bunun üçün də Azərbaycan Dövlət Televiziyasından və “AzərTac” İnformasiya Agentliyindən qruplar ayrıldı. Həmin qrupa daxil olan jurnalistlərdən biri də Məhərrəm İbrahimov idi. Onun da əziyyəti sayəsində bütün dağıdılmış mədəniyyət abidələri arxivləşdirildi.

Mən iki gün bundan əvvəl onunla danışmışdım. Kəlbəcərdə olduğunu və orada hər şeyin yaxşı olduğunu bildirdi. Məhərrəm İbrahimov Azərbaycan mətbuatının həm çox təcrübəli, çox peşəkar jurnalisti, həm də gözəl ailə başçısı idi”.

# 3006
avatar

Oxşar yazılar