Yolda qalan maşına kömək edən polislər
08 oktyabr 2021 13:04 (UTC +04:00)

Yolda qalan maşına kömək edən polislər

Maşınların texniki sazlığı ilə bağlı sürücülərə MÜRACİƏT

Bakıda nasaz vəziyyətdə olan “Volkswagen” markalı avtomobil yolda tıxaca səbəb olub.

Lent.az-ın məlumatına görə, ərazidə xidmətdə olan yol patrul xidməti əməkdaşları kömək edərək həmin avtomobili yolun təhlükəsiz hissəsinə çıxarıblar.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a bildirib ki, nəqliyyat vasitələrinin sahibləri onların texniki sazlığına daim diqqət göstərməlidirlər:

Araz Əsgərli

“Fotodan da göründüyü kimi, idarə olunan nəqliyyat vasitəsi kifayət qədər müasirdir. Amma bu o demək deyil ki, avtomobil yenidirsə, ona qulluq olunmamalıdır. Hər bir maşının sahibi "Yol hərəkəti haqqında" qanunun 1 saylı əlavəsinə əsasən, nəqliyyat vasitələrinin sazlığına mütəmadi olaraq diqqət yetirməlidirlər. Çünki bunlar yollarda sıxlığa səbəb olan hallardan biridir. Fotodan da görünür ki, əməkdaşlarımız nasaz olan avtomobilə köməklik göstərirlər. Əməkdaşlarımız, ümumiyyətlə, bu cür hallarla tez-tez rastlaşır və həmin avtomobil sahiblərinə kömək etməyi özlərinə borc bilirlər.

Bu baxımdan bir daha sürücülərdən xahiş edirik ki, belə hallarla rastlaşmamaq üçün nəqliyyat vasitələrinin texniki sazlığına diqqəti artırsınlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2151
avatar

Mehman Nəbiyev

Oxşar yazılar