“Kiçiktutumlu ticarət obyektlərində COVID pasportu tələb olunmur, iri ticarət müəssisələri və iaşə obyektləri ilə bağlı isə Nazirlər Kabinetinin qərarı var”.
Lent.az xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib.
O qeyd edib ki, metrolara da girişdə koronavirus pasportu tələb olunmur:
"İndi epidemioloji vəziyyət sabitdir və metroya giriş sərbəstdir".