“Mall”arın və iri ticarət mərkəzlərinin fəaliyyəti BƏRPA OLUNDU
10 iyun 2021 01:02 (UTC +04:00)

“Mall”arın və iri ticarət mərkəzlərinin fəaliyyəti BƏRPA OLUNDU

 

Bu gündən Azərbaycanda iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyətinə icazə verilir.

APA-nın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında əks olunub.

Qərara əsasən, iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyətinə icazə verilməyəcək.

# 1590
avatar

Oxşar yazılar