Mal ətini at ətindən necə seçək? - AÇIQLAMA
02 iyun 2021 16:15 (UTC +04:00)

Mal ətini at ətindən necə seçək? - AÇIQLAMA

İstehlakçılar bəzən ət alan zaman aldadılırlar. Belə ki, alıcılar mal əti ilə digərlərini seçməkdə çətinlik çəkirlər. Qəssablar çox vaxt insanları aldadaraq, mal əvəzinə at əti satırlar. 

Lent.az-a açıqlama verən  Azad İstehlakçılar Birliyinin sədri, Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın üzvü Eyyub Hüseynov bildirir ki, müvafiq qanunvericiliyə görə Qida Təhlükısizliyi Agentliyi tərəfindən hər bir malın, o cümlədən ətlərin mənşəyini göstərən sənəd olmalıdır:

Azad İstehlakçılar Birliyinin sədri, Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın üzvü Eyyub Hüseynov

“Nə qədər ki, heyvanların identifikasiyası həyata keçirilməyib, bu problem həll olunmayacaq. Yəni, heyvan dünyaya gələndən sona qədər onun izlənməsi prosesi həyata keçirilməlidr. 
Bəzi qəssablar at ətini mal ətinə qarışdırıb satır. Bu sahədə ən yaxşı işi DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi görür. Onlar dəfələrlə murdar ət satanları ifşa edir”. 

Eyyub Hüseynov qeyd edir ki, istehlakçıların bunu ayırd etməsi o qədər də asan deyil:

“At əti tünd qırmızı, qabırğası enli və bişəndə spesifik iyi olur. Mal ətində isə bu göstəricilər yoxdur. Çox vaxt  saxtakarlar əti hər cür rəngə boyamağı bacarır. Mal əti ilə qarışdırıb istehlakçını aldadırlar. Sadə istehlakçılar bunu ayıra bilmir. İnsanlar şübhəli məqamla rastlaşan zaman Qida Təhlükəsizliyi Agentliyinin 1003 qaynar xəttinə məlumat verə bilərlər. Həmin qurum ətin mənşəyini ayırd edə bilər”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3576
avatar

Nigar Adil

Oxşar yazılar