Koronavirusun yeni əlamətləri... -  Həkimdən HƏYƏCAN TƏBİLİ
10 aprel 2021 15:50 (UTC +04:00)

Koronavirusun yeni əlamətləri... - Həkimdən HƏYƏCAN TƏBİLİ

"COVİD hava damcı yolu ilə yoluxan bir infeksiya olduğu üçün yoluxanların sayı baxımından böyüklər və uşaqlar arasında çox ciddi bir fərq yoxdur".

Lent.az xəbər verir ki, bunu açıqlamasında pediatr Azər Əhmədov deyib.

Həkim bildirib ki, koronavirus üçün spesifik bir əlamət yoxdur:

"Uşaqlarda da böyüklərdə olduğu kimi son zamanlar yoluxanların sayında müəyyən artımlar var. Müraciət edən xəstələrin sayında son günlər bu artımı biz də müşahidə etməkdəyik. Amma bu o demək deyil ki, uşaqlar böyüklərdən daha çox yoluxurlar, yaxud da daha az yoluxurlar. 

Bu, tibb aləmi üçün yeni bir xəstəlik olduğu üçün hər keçən gün yeni əlamətlərinin üzə çıxması ilə qarşı-qarşıya qalırıq. Məsələn, əvvəl deyirdik ki, kəskin resperatur virus infeksiyasıdır və buna sadəcə bir boğaz ağırısı ilə yüksək hərarətlə müraciət edən xəstələrdə daha çox qarşılaşırdıqsa, indi bəsit bir qarın ağrısı ilə və yaxud ishal şikayəti ilə müraciət edən uşaqlarda da bu virus aşkar edilir. Ona görə də spesifik bir əlamət yoxdur. Böyüklərdə spesifik əlamətlərdən biri kimi deyirik ki, qoxu bilmənin, dad bilmənin itməsi ilə əlaqəlidir, amma azyaşlı uşaqlar özlərini çox yaxşı ifadə edə bilmədikləri üçün uşaqlarda daha çox fərqli simptomlar qabarır"./milli.az-a  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4710
avatar

Oxşar yazılar