Koronavirusun ştamları necə müəyyən olunur?
18 fevral 2022 00:14 (UTC +04:00)

Koronavirusun ştamları necə müəyyən olunur?

“İstənilən bir virusun PCR üsulu ilə təyini mümkün olunana qədər, virusun genetik identifikasiyası, yəni təyini (DNT və ya RNT materialı hansı ardıcıllığa malik olması) həyata keçirilir. Onların identifikasiyalarını hazırda müasir aparatlar (sekvenatorlar) həyata keçirir”.

Bu sözləri Lent.az-a Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, genetik Zakir Bayramov deyib.

Maraqlıdır bəs, koronavirusun “Omicron” və ya digər ştamları necə müəyyən olunur?

Ekspertin sözlərinə görə, Həmin identifikasiya mərhələsinə sekvenasiya deyilir, məhz sekvenasiya mərhələsindən sonra biz virusun hansı aminturşu ardıcıllığından ibarət olduğu müəyyən edirik: 

“Eyni zamanda, onun əsas “daşıyıcı” hissəsini PZR reaksiyalarında “təyinedici praymerlər” kimi istifadə edirik. Dünyada koronavirusun yayılması artmaqdadır ki, bu da virus mutasiyaları ilə bağlıdır. Ölkəmizdə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1830
avatar

Fidan İlqar

Oxşar yazılar