Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 514 yeni yoluxma faktı qeydə alınıb, 1306 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 327 601 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 308 317 nəfər müalicə olunaraq sağalıb, 4 713 nəfər vəfat edib. 14 571 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 081, bu günə qədər isə ümumilikdə 3 336 012 test icra olunub.