Koronavirusla bağlı SON STATİSTİKA
26 may 2021 16:29 (UTC +04:00)

Koronavirusla bağlı SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 203 yeni yoluxma faktı qeydə alınıb, 596 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib. 

İndiyədək ölkədə ümumilikdə 333 097 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 322 273 nəfər müalicə olunaraq sağalıb, 4885 nəfər vəfat edib, aktiv xəstə sayı 5939 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8397, ötən müddət ərzində isə ümumilikdə 3 477 012 test aparılıb.

# 1929
avatar

Oxşar yazılar