“Koronavirusdan vəfat edənlərin 99 faizi peyvənd olunmayıb”.
Lent.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, peyvənd olunanlar arasında 0.6 faiz koronavirusa yoluxub:
"Mart ayından bu günə qədər yoluxan insanların arasında reanimasiyaya düşənlərin 96 faizi peyvənd olunmayan insanlardır. Süni nəfəs aparatına qoşulanların 97 faizi isə peyvənd olunmayanlardır".