Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2557 yeni yoluxma faktı qeydə alınıb, 3592 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 450 282 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 393 569 nəfər müalicə olunaraq sağalıb, 5959 nəfər vəfat edib, aktiv xəstə sayı 50 754 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 220, ötən müddət ərzində isə ümumilikdə 4 593 820 test aparılıb.