Koronavirusa yoluxanlar və ölənlər kəskin azaldı -  SON STATİSTİKA
30 sentyabr 2021 18:21 (UTC +04:00)

Koronavirusa yoluxanlar və ölənlər kəskin azaldı - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 774 yeni yoluxma faktı qeydə alınıb, 1 778 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 483 902 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 458 922 nəfər müalicə olunaraq sağalıb, 6 525 nəfər vəfat edib, aktiv xəstə sayı 18455 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 484, ötən müddət ərzində isə ümumilikdə 4 859 015 test aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2151
avatar

Oxşar yazılar